Ağstafada 43 yaşlı piyadanı avtomobil vurub

Ağstafada 43 yaşlı piyadanı avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Yanvar , 2018 19:20
Ağstafada 43 yaşlı piyadanı avtomobil vurub

Ağstafa. 25 yanvar. REPORT.AZ/ Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Sabit Sabir oğlu Musayevi avtomobil vurub. Yaralı piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi