Ağstafa şəhərində elektrik enerjisinin verilişi dayandırılıb

Ağstafa şəhərində elektrik enerjisinin verilişi dayandırılıb Problemin aradan qardırılması üçün aidiyyəti qurumlar tədbirlər görür
Hadisə
8 Sentyabr , 2017 12:12
Ağstafa şəhərində elektrik enerjisinin verilişi dayandırılıb

Ağstafa. 8 sentyabr. REPORT.AZ/ Ağstafada əsən güclü külək rayonun bir hissəsini işıqsız qoyub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində əsən güclü külək səbəbindən Ağstafa şəhərində elektrik enerjisinin verilişi dayandırılıb. Belə ki, güclü külək elektrik naqillərini sıradan çıxarıb və yaranmış qısaqapanma səbəbindən şəhəri enerji ilə təmin edən qurğu sıradan çıxıb.

Hazırda yaranmış problemin aradan qardırılması üçün aidiyyəti qurumlar tərəfindən işlər görülür.

Son xəbərlər

Orphus sistemi