Ağstafa sakini qatarın altında qalıb - YENİLƏNİB

Ağstafa sakini qatarın altında qalıb - YENİLƏNİB Xəstəxanaya yerləşdirilən yaralının hər iki ayağı ambultasiya olunub
Hadisə
25 Mart , 2018 00:45
Ağstafa sakini qatarın altında qalıb - YENİLƏNİB

Ağstafa. 25 mart. REPORT.AZ/ Ağstafada qatarın altında qalan şəxsin adı məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, rayon sakini 1957-ci il təvəllüdlü Məmmədov Akif Müslüm oğlu yaxın qohumunu yola salarkən qatara minib. Daha sonra qatarın hərəkət etdiyi görüb və özünü çölə atmaq istəyib. Bu zaman ayağı qatarın qapısına ilişib və A.Məmmədov Bakı istiqamətində hərəkətə başlayan qatarın altına yıxılıb. 

Nəticədə onun hər iki ayağı qatarın altında qalıb. 


***00:16

Ağstafa. 25 mart. REPORT.AZ/ Ağstafa sakini qatarın altında qalıb.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Ağstafa Dəmiryol Vağzalında baş verib. Hələlik adı məlum olmayan şəxs yaxın qohumunu qatarla yola salarkən ehtiyyatsızlıqdan qatarın altında qalıb.

Xəstəxanaya yerləşdirilən yaralının hər iki ayağı ambultasiya olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi