Ağstafada avtomobil aşdı, xəsarət alan var - FOTO
Hadisə
- 12 mart, 2020
- 08:35
Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 460-cı kilometrliyində, rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Kürdəmir rayon sakini Xəyyam Əmiraslanovun idarə etdiyi "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, X.Əmiraslanov Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşıdır və postdan çıxıb evinə gedirmiş. Avtomobilin yük yerində də xeyli sayda Gürcüstan istehsalı olan müxtəlif spirtsiz və spirtli içkilər olub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:01
Rusiya Prezidenti regionda sülhün Ermənistan üçün müsbət cəhətlərindən danışıb
Region00:50
Putin: Rusiya hərbçiləri hətta sabah Ermənistanı tərk etməyə hazırdır
Region00:43
Niderland polisi ölümlə nəticələnən atışmadan sonra 34 nəfəri həbs edib
Digər ölkələr00:17
Foto
Video
Sumqayıtda kişi öz valideyninin evini yandırıb
Hadisə00:03
"Tasnim": ABŞ-nin bombardmanı nəticəsində yaralananların sayı 50-yə çatıb, ölənlər var – YENİLƏNİB-3
Region23:38
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
Region23:14
Tramp: Bugünkü zərbələr İranın radarlarını hədəf seçib
Digər ölkələr23:02
İran Hörmüz boğazının bağlandığını elan edib
Region22:52