Ağdaşda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Ağdaşda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var - YENİLƏNİB Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində "Mercedes" və "ВAЗ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvə
Hadisə
7 Fevral , 2021 10:06
Ağdaşda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Ağdaş rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, rayonun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması zamanı "VAZ-2107"in sürücüsü Teymur Əhmədov, qızı Rahilə Əhmədova və anası Rahilə Əhmədova ölüblər.

Hadisə zamanı habelə Dursun İsmayılova, Xəqan Əlizadə, Təbriz Əhmədov, İqbal Sabirli xəsarət alıblar.

09:01

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Mercedes" markalı minik avtomobilindən, 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi