Ağdaşda yol qəzası baş verib, iki nəfər yaralanıb - YENİLƏNİB

Ağdaşda yol qəzası baş verib, iki nəfər yaralanıb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Dekabr , 2018 22:51
Ağdaşda yol qəzası baş verib, iki nəfər yaralanıb - YENİLƏNİB

Ağdaş. 7 dekabr. REPORT.AZ/ Ağdaş rayonunun Ləki qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə zamanı 2002-ci il təvəllüdlü Bərdə rayon sakini Əliyev İlkin Elgün oğlu və 1995-ci il təvəllüdlü Bərdə rayon sakini Əliyeva Ayşə Vidadi qızı Ağdaş rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Sumqayıtda yük və minik maşınları toqquşub.


*** 21:11

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq "Ford" markalı avtomobillə toqquşub.

Nəticədə iki nəfərin ağır bədən xəsarətləri alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdşalrı və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi