Ağdaşda yeniyetmə cərəyan vurması nəticəsində ölüb

Hadisə
  • 19 avqust, 2018
  • 20:01
Ağdaşda yeniyetmə cərəyan vurması nəticəsində ölüb

Ağdaş. 20 avqust. REPORT.AZ/ Ağdaş rayonunun Hüşün kəndində yeniyetmə bədbəxt hadisə nəticəsində keçinib.

"Report"un yerli bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü Məmmədov İsfəndiyar Vüqar oğlunu elektirik cərəyanı vuraraq öldürüb.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.