Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib, doqquz nəfər saxlanılıb

Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib, doqquz nəfər saxlanılıb Ağdaş rayonunda polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat nəticəsində doqquz nəfər saxlanılıb.
Hadisə
22 Yanvar , 2025 09:57
Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib, doqquz nəfər saxlanılıb

Ağdaş rayonunda polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat nəticəsində doqquz nəfər saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı Ağdaş rayon sakinləri olan doqquz nəfər - Anar Abdullayev, Niyazi İsmayılov, Nicat Məmmədov, Vüqar Kərimov, Qadir Qədirov, Pərviz Rəhimov, Gəray Əliyev, Tural Muradov və Sakit Baxışov saxlanılıblar. Onlardan üç kiloqrama yaxın marixuana aşkar olunub.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi