Ağdaşda örüş sahəsi üstündə qadınların da iştirakı ilə kütləvi dava olub

Ağdaşda örüş sahəsi üstündə qadınların da iştirakı ilə kütləvi dava olub Bir qadın yaralanıb, əraziyə polis əməkdaşları cəlb olunub
Hadisə
1 Noyabr , 2017 08:45
Ağdaşda örüş sahəsi üstündə qadınların da iştirakı ilə kütləvi dava olub

Ağdaş. 1 noyabr. REPORT.AZ/ Ağdaşda baş verən mübahisə kütləvi dava ilə nəticələnib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ağzıbir kəndinin sakinləri arasında qeydə alınıb.

Kənd sakini Surxay Əsgərov tərəfindən Tuqay meşəsi ərazisində yerləşən örüş sahələrinin çəpərlənməsi üstündə başlanan mübahisə, sonradan qadınların da iştirakı ilə kütləvi davaya çevrilib. Nəticədə bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarəti daha ciddi olan Məzburə İlyas qızı Məhərrəmovaya yaxınlıqdakı tibb məntəqəsində ilkin yardım göstərilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı Ağdaş rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi