Ağdaşda həmyerlisi ilə zarafat edən 55 yaşlı kişi bıçaqlanıb

Ağdaşda həmyerlisi ilə zarafat edən 55 yaşlı kişi bıçaqlanıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
16 Oktyabr , 2017 16:21
Ağdaşda həmyerlisi ilə zarafat edən 55 yaşlı kişi bıçaqlanıb

Ağdaş.16 oktyabr. REPORT.AZ/ Ağdaş rayonunda 55 yaşlı kişi həmyerlisi ilə zarafat etdiyi üçün bıçaqlanıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, Ağdaş şəhəri, M.Hüseynzadə küçəsində yaşayan, 1962-ci il təvəllüdlü Sahib Məhəmməd oğlu Məmmədov həmyerlisi tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat edilib. 

Hadisəni törədənin kimliyi müəyyənləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi