Ağdaşda güclü külək bir sıra fəsadlar törədib

Ağdaşda güclü külək bir sıra fəsadlar törədib Hazırda rayonda küləyin vurduğu ziyanla bağlı araşdırma aparılır
Hadisə
369
10 May , 2021 11:36
Ağdaşda güclü külək bir sıra fəsadlar törədib

Güclü külək Ağdaş rayonunda bir sıra fəsadlar törədib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, külək Heydər Əliyev prospektində bir neçə ağacı kökündən qoparıb

Bundan başqa, adıçəkilən prospektdə iri gövdəli ağac yol kənarında dayanan avtomobilin üzərinə aşaraq onu əzib. Güclü külək rayonda elektrik enerjisinin verilişində də problemlər yaradıb.

Hazırda rayonda küləyin vurduğu ziyanla bağlı araşdırma aparılır, yaranan fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi