Ağdaşda çaqqallar toya hücum edib, 5 nəfər xəsarət alıb - YENİLƏNİB - SİYAHI
- 12 sentyabr, 2017
- 06:05
Ağdaş.12 sentyabr. REPORT.AZ/ Ağdaş rayonunda çaqqalların toy mərasiminnin keçirldiyi mağara hücum etməsi nəticəsində xəsarət alan mərasim iştirakçıların adları məlum olub.
"Report"un Şirvan bürosunun məlumatına görə, xəsarət alanalar -
1942-ci il təvəllüdlü Kamilə Şəmi qızı Qarayeva,
2001-ci il təvəllüdlü Vüqar Yadigar oğlu Hacıyev,
2008-ci il təvəllüdlü Sultan Əziz oğlu Əzizov,
1976-cı il təvəllüdlü Rəşad Nizami oğlu Məmmədov,
1987-ciil təvəllüdlü Valeh Mübariz oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksinlər vurulub.
***9:42
Ağdaş.12 sentyabr. REPORT.AZ/ Ağdaş rayonunda çaqqallar toy mərasiminnin keçirldiyi mağara hücum edib.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Bulaqotu kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin ərazisində keçirilən toy mərasiminə qəfil hücum edən çaqqallar beş nəfər yerli sakinə xəsarət yetiriblər.