Ağdaş. 18 fevral. REPORT.AZ/ Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində avtomobildə olan Göyçay rayon sakinləri - 1992-ci il təvəllüdlü Xəlilova Zülfiyyə Azad qızı, 1963-cü il təvəllüdlü Qasımova Mətanət Ağaməhəmməd qızı və onun həyat yoldaşı Azad Xəlilov, habelə nəqliyyat vasitəsinin sürücüsü, Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Həsənov Kamil Famil oğlu xəsarət alıblar.
Yaralılardan üçünün vəziyyəti orta-ağır, ikisinin vəziyyəti isə qənaətbəxşdir.
***13:04
Ağdaş. 18 fevral. REPORT.AZ/Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Ləki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Hadisə nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.