Ağdaşda anası ilə mübahisə edən qız özünü zəhərləyib

Ağdaşda anası ilə mübahisə edən qız özünü zəhərləyib Faktla bağlı araşdırma aparılır
Hadisə
2 May , 2017 09:27
Ağdaşda anası ilə mübahisə edən qız özünü zəhərləyib

Ağdaş. 2 may. REPORT.AZ/ Ağdaş rayonunda anası ilə dalaşan qız dərman içərək intihara cəhd edib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Pirəzə kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Məryəm Arzuman qızı İsmayılova ailə münaqişəsi zəminində dərman preparatları qəbul edərək özünü zəhərləyib. Hadisədən bir neçə dəqiqə sonra M.İsmayılovanı huşsuz vəziyyətdə görən yaxınları dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətiriblər. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən M.İsmayılovanın vəziyyətinin orta ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, M.İsmayılova ailəlidir, 3 azyaşlı övladı var.

Son xəbərlər

Orphus sistemi