Ağdaşda 2 yaşlı körpə dərin su hovuzuna düşüb

Ağdaşda 2 yaşlı körpə dərin su hovuzuna düşüb Körpə yaxınları tərəfindən hovuzdan çıxarılaraq xəstəxanaya çatdırılb
Hadisə
3 Noyabr , 2017 11:50
Ağdaşda 2 yaşlı körpə dərin su hovuzuna düşüb

Ağdaş. 3 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda 2 yaşlı körpə su hovuzuna düşüb.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 2015-ci il təvəllüdlü Anar Adil oğlu Məmmədzadə dərin su hovuzuna düşüb. Batmaq üzrə olan körpə dərhal yaxınları tərəfindən hovuzdan çıxarılıb və Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Həkimlərin səyi nəticəsində körpənin həyatı xilas edilib. 

Vəziyyətinin ağır olduğu bildiriliən körpənin xəstəxanada müalicəsi davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi