Ağdaş. 12 dekabr. REPORT.AZ/ Ağdaş rayonunda müəmmalı şəkildə ölən 16 yaşlı qızın kimliyi məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, rayonun Yuxarı Ləki kənd sakini, 2001-ci il təvəllüdlü Mehriban Mehman qızı Osmanovanın meyiti yaşadığı evin həyətindəki "turnik"in yanında aşkarlanıb.
M.Osmanova 10-cu sinif şagirdidir. Yaxınları onun "turnik"dən yıxılaraq öldüyünü bildiriblər.
Onun Rusiyada işləyən atası məsələdən xəbər tutaraq bu gün ölkəyə qayıdıb. M.Osmanovanın məktəbdə əlaçı olduğu da bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
***10:11
Ağdaş. 12 dekabr. REPORT.AZ/ Ağdaş rayonunda 16 yaşlı qız müəmmalı şəkildə ölüb.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Ləki kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, hələlik adı məlum olmayan yeniyetmə qız yaşadığı evin həyətindəki "turnik"in yanında ölmüş vəziyyətdə taplıb.
Onun orta məktəbin yuxarı sinif şagirdi olduğu bildirilir.
Yeniyetmənin şəxsiyyəti və ölümünün səbəbləri araşdırılır.