Ağdaş-Xaldan yolunda avtomobil kanala düşüb, 5 nəfər ağır yaralanıb - SİYAHI - YENİLƏNİB

Ağdaş-Xaldan yolunda avtomobil kanala düşüb, 5 nəfər ağır yaralanıb - SİYAHI - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
6 İyul , 2017 13:30
Ağdaş-Xaldan yolunda avtomobil kanala düşüb, 5 nəfər ağır yaralanıb - SİYAHI - YENİLƏNİB

Ağdaş. 6 iyul. REPORT.AZ/ Ağdaş-Xaldan yolunda baş vermiş qəzada yaralanmış şəxslərin adları məlum olub.

“Report”un Şirvan bürosunun məlumatına görə, yaralılar bunlardır:

Sürücü, Qəbələ rayon sakini 1969-cu il təvəllüdlü Cəlilov Yəhya Səlim oğlu,

Ağdaş rayonunun Yuxarı Ləki kənd sakini, 1940-cı il təvəllüdlü Mustafayev Cəmil Səməd oğlu,

Ağdaş rayonunun Orta Ləki kənd sakini, 1979-cı il təvəllüdlü Mustafayeva Rahilə Cəmil qızı,

Ağdaş rayonunun Qulbənd kənd sakini, 1982-ci il təvəllüdlü Həsənov Tərlan Rafael oğlu,

Ağdaş rayonunun Ləki qəsəbə sakini 1992-ci il təvəllüdlü İbadov Niyaməddin Əvəz oğlu.


*** saat 13:09

Ağdaş. 6 iyul. REPORT.AZ/ Ağdaş-Xaldan yolunda "Mercedes" markalı avtomobil kanala düşüb.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində 5 nəfər ağır xəsarət alıb. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Onlardan üçü kişi, biri isə qadındır.

Yaralılar Ağdaş Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi