Ağdaş sakini qonşusunu bıçaqlayıb

Ağdaş sakini qonşusunu bıçaqlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Noyabr , 2017 11:12
Ağdaş sakini qonşusunu bıçaqlayıb

Ağdaş. 13 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda yerli sakin qonşusunu bıçaqlayıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Pirəyir kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1994-cü il təvəllüdlü Valeh Qüdrət oğlu Bayramov mübahisə və münaqişə zəmnində qonşusu tərəfindən bçaqlanaraq ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi