Ağdaş Rayon İcra Hakimiyyətindən oğurluq olub - ƏLAVƏ OLUNUB

Ağdaş Rayon İcra Hakimiyyətindən oğurluq olub - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
30 May , 2017 11:18
Ağdaş Rayon İcra Hakimiyyətindən oğurluq olub - ƏLAVƏ OLUNUB
Ağdaş Rayon İcra Hakimiyyəti

Bakı. 30 may. REPORT.AZ/ Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasından oğurluq olub.

“Report”un xəbərinə görə, binaya daxil olan naməlum şəxs və ya şəxslər oradan RİH-ə məxsus 5 ədəd kondisioneri oğurlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Mustafayev tutulub. Ətrafında aparılan tədbirlərlə onun carı ilin fevral və mart aylarında rayon ərazisindəki 2 evdən 150 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

Son xəbərlər

Orphus sistemi