Ağdamda zəncirvari yol qəzası baş verib - FOTO

Ağdamda zəncirvari yol qəzası baş verib - FOTO Bir nəfər yüngül xəsarət alıb
Hadisə
9 Fevral , 2018 22:25
Ağdamda zəncirvari yol qəzası baş verib - FOTO

Ağdam. 9 fevral. REPORT.AZ/ Axşam saatlarında Ağdam rayonu ərazisində zəncirvari qəza baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Quzanlı qəsəbəsində qeydə alınmış qəza zamanı 3 minik maşını - "VAZ-2106", "VAZ-2107" və "Mercedes" markalı avtomobil toqquşub.

Hadisə zamanı "Mercedes"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi