Ağdamda yol qəzası olub, ölən və yaralananlar var

Ağdamda yol qəzası olub, ölən və yaralananlar var Ağdam rayonunda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
19 yanvar 2020 14:11
Ağdamda yol qəzası olub, ölən və yaralananlar var
Foto: "Report"

Ağdam rayonunda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə İmamqulubəyli kəndində qeydə alınıb. 

“VAZ-2107” markalı avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi