Ağdam. 12 sentyabr.
"Report"un xəbərinə görə, hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində maşındakı qadın sərnişin xəsarət alıb. Yaralıya ilkin təcili tibbi yardım göstərilib.
Hadisə yerində yol polisi əməkdaşları araşdırma aparır.