Ağdamda silahlı şəxs saxlanılıb
Hadisə
- 19 mart, 2025
- 10:42
Ağdamda silahlı şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.
Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Ehtiram Hüseynov idarəsində olan avtomobillə birgə saxlanılıb. Avtomobilə baxış zamanı "AK" markalı avtomat, 1 patron darağı, 29 patron və 1 süngü bıçaq aşkarlanaraq götürülüb. O, silahı bir müddət əvvəl taparaq həyətyanı sahəsində gizlətmiş, daha sonra gizlətdiyi yeri dəyişmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
14:58
Hakan Fidan: Qara dənizdə gəmilərə hücumlarla bağlı münaqişə tərəflərinə xəbərdarlıq edirik - ƏLAVƏ OLUNUB
Xarici siyasət14:58
Foto
Vüsal Hüseynov beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Daxili siyasət14:54
FIDE-nin keçmiş vitse-prezidenti Georgios Makropulos vəfat edib
Fərdi14:48
Hakan Fidan: Azərbaycanla ortaq layihələrimiz gündən-günə artır - ƏLAVƏ OLUNUB
Xarici siyasət14:46
Aleksanyan: Ermənistan Rusiyadan hərbi bazanın çıxarılmasına dair heç bir məlumat almayıb
Region14:43
Hakan Fidan: İranda baş verən hadisələr Azərbaycan və Türkiyəyə də təsir edir
Xarici siyasət14:41
"Araz-Naxçıvan" heyətini iki legioner futzalçı ilə gücləndirib
Futbol14:33
Nazir: Bölgədə baş verən proseslər Azərbaycan və Türkiyəni narahat edir
Xarici siyasət14:33