ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib, araşdırma aparılır - YENİLƏNİB

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib, araşdırma aparılır - YENİLƏNİB İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina part
Hadisə
5 Dekabr , 2023 14:55
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib, araşdırma aparılır - YENİLƏNİB

Ağdamda mina partlayışı faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Report"a Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

12:59

Dekabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı - 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə "Report"a agentlikdən bildirilib.

Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək xəstəxanaya çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib.

Vəziyyəti qənaətbəxşdir.

Son xəbərlər

Orphus sistemi