Ağdamda ekskavator piyada əleyhinə minaya düşüb

Ağdamda ekskavator piyada əleyhinə minaya düşüb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 7 aprel tarixində Ağdam rayonunun Novruzlu kənd ərazisində mina hadisəsi baş verib.
Hadisə
7 Aprel , 2024 14:44
Ağdamda ekskavator piyada əleyhinə minaya düşüb

Ağdam rayonunun Novruzlu kənd ərazisində mina hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.

Minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnib, xəsarət yoxdur.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Son xəbərlər

Orphus sistemi