Ağdamda insan skeletinə bənzər sümüklərin aşkarlanması ilə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB

Hadisə
  • 07 aprel, 2023
  • 05:16
Ağdamda insan skeletinə bənzər sümüklərin aşkarlanması ilə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB

Ağdam rayon, Ergi düzü adlanan ərazidə qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilməsi faktı ilə bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

08.53

Ağdam rayonunda insan skeletinə bənzər sümüklər aşkarlanıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə aprelin 6-da rayonun Ergi düzü adlanan ərazidə qeydə alınıb.

Belə ki, qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilib.