Ağdamda evin zirzəmisindən silah-sursat tapılıb

Ağdamda evin zirzəmisindən silah-sursat tapılıb Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.
Hadisə
12 Fevral , 2024 11:43
Ağdamda evin zirzəmisindən silah-sursat tapılıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirilən tədbirlər zamanı evlərin birinin zirzəmisindən silah-sursat aşkar ediblər.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayı evinin zirzəmisindən 6 ədəd avtomat, 1 ədəd pulemyot, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi