Ağdamda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.
Rayonun Papravənd kənd sakini Abdullayev Gündüz Şahin oğlu idarə etdiyi "Opel" markalı maşınla hərəkətdə olarkən sərxoş halda yola uzanan bir nəfəri vurub.
Piyada hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.