Ağdamda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə
  • 04 oktyabr, 2018
  • 08:10
Ağdamda avtomobil piyadanı vuraraq öldürüb

Ağdam. 4 oktyabr. REPORT.AZ/ Ağdam rayonunda avtomobil piyadanı vuraraq öldürüb. 

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Kamil Şirinov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ələddin Əsgərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Araşdırma aparılır.

44 - Tezliklə