Ağdam sakini qonşusunu küt alətlə döyərək ağır xəsarət yetirib

Ağdam sakini qonşusunu küt alətlə döyərək ağır xəsarət yetirib Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Dekabr , 2017 15:45
Ağdam sakini qonşusunu küt alətlə döyərək ağır xəsarət yetirib

Ağdam. 8 dekabr. REPORT.AZ/ Ağdam rayon sakini qonşusunu küt alətlə döyərək ağır xəsarət yetirib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Üçoğlan kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Afiyyədin İlqar oğlu Abbasov qonşusu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. Küt alətlə vurulan gənc Ağdam Rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti ağırlaşdığından o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi