Ağdam sakini həmyerlisinə qarşı 80 min manatlıq dələduzluq edib

Ağdam sakini həmyerlisinə qarşı 80 min manatlıq dələduzluq edib Ağcabədidə Ağdam rayon sakini həmyerlisi tərəfindən aldadılıb.
Hadisə
21 Oktyabr , 2019 10:53
Ağdam sakini həmyerlisinə qarşı 80 min manatlıq dələduzluq edib

Ağcabədidə Ağdam rayon sakini həmyerlisi tərəfindən aldadılıb.

"Report" xəbər verir ki, Ağdam sakini, 39 yaşlı Eldəniz Quliyev Ağcabədi Rayon Polis Şöbəsinə aldadılması ilə bağlı ərizə ilə müraciət edib. Şikayətçi bildirib ki, o,  2015-ci ildə həmyerlisi Cəlil Səfərov tərəfindən aldadılaraq 80 000 manat pulu əlindən alınıb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi