Ağdamda mal-qara oğruları tutulub - FOTO
Hadisə
- 08 dekabr, 2016
- 20:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdam. 9 dekabr. REPORT.AZ/ Ağdamın Əfətli kəndində, kənd sakini Kitay Məmmədovun şəxsi təsərrüfatından oğurluq edilib.
Rayon polis şöbəsinin müstəntiqi Şamil Rəcəbovun "Report"a verdiyi məlumata görə, Ağdam rayon polisinin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törədənlərin rayon sakinləri 26 yaşlı Müşviq Səfərov, 24 yaşlı Rahib Cəfərov və 16 yaşlı Sərvan Cəfərov olduğu aşkar edilib.
İstintaq zamanı saxlanılan şəxslər oğurladıqları heyvanları İmişli rayonunun mal-qara bazarında satdıqlarını etiraf ediblər. Onların əlində olunan 1680 manat pulun 1650 manatı polis tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində cinayyət işi başlanıb araşdırma aparılır.
Son xəbərlər
10:37
Bakıda qeyri-yaşayış obyektlərinin illik qiyməti 13 %-dən çox artıb
İnfrastruktur
10:34
Tramp demokratların qanun layihələrini bloklamaq üçün veto hüququndan istifadə etmək niyyətindədir
Digər ölkələr
10:32
Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb
Hadisə
10:29
Fuad Nağıyev: "Azərbaycan sağlamlıq turizmində böyük potensiala malikdir"
Turizm
10:22
Nazir müavini: "Mərkəzi Asiya bizim üçün prioritet tərəfdaşlıq istiqamətlərindəndir"
Biznes
10:15
Foto
Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
Turizm
10:07
Azərbaycan – Çexiya matçını italiyalı hakimlər idarə edəcək
Futbol
10:03
İsmayıllıda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb
Hadisə
09:58
UEFA Avropa Liqası: "Renn" evdə "Olimpiakos"la qarşılaşacaq
Futbol