Ağcabədidə yük avtomobili ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
Hadisə
- 03 noyabr, 2019
- 09:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağcabədi rayonunda yük avtomobilinin ağaca çırpılması nəticəsində bir nəfər xəsarət alıb.
“Report”un Qarabağ mərkəzi xəbər verir ki, hadisə rayonunun Hacıbədəlli kəndində qeydə alınıb.
Şəxsiyyəti hələlik məlum olmayan sürücü “Shacman” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və yük maşınını yol kənarındakı ağaca çırpıb.
Qəza zamanı yük avtomobilinin sürücüsü ağır bədən xəsarətləri alıb.
Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, vəziyyəti ağır olduğu üçün Bakı şəhərindəki xəstəxanalarının birinə göndərilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Ağcabədidə yük avtomobili ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
Son xəbərlər
10:16
Elxan Poluxov: Azərbaycan və Misir yaxın illərdə ticarət dövriyyəsini iki dəfə artıra bilər
Xarici siyasət
10:12
Si Cinpin: Rusiya ilə münasibətlərimiz təlatümlü və xaotik dünyaya sabitlik və müəyyənlik gətirir
Digər ölkələr
10:07
Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb
Maliyyə
10:04
Avstraliya İsrailə qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
10:01
Ceyhun Bayramov ilə Yohan Vadeful arasında təkbətək görüş başlayıb
Xarici siyasət
09:53
Dövlət Agentliyi: 9 ayda satınalmalar üzrə 510 milyon manat qənaət edilib
Biznes
09:52
Foto
Azərbaycan və Gürcüstan enerji əməkdaşlığının inkişafını müzakirə edib - Yenilənib
Energetika
09:40
Foto
Azərbaycan-Çin mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib
Xarici siyasət
09:33
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika