Ağcabədidə yolu keçmək istəyən qadını avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Ağcabədidə yolu keçmək istəyən qadını avtomobil vuraraq öldürüb - YENİLƏNİB Ağcabədi rayonunda yolu keçən zaman yük maşınının vuraraq öldürdüyü qadının şəxsiyyəti məlum olub.
Hadisə
29 İyul , 2019 20:23
Ağcabədidə yolu keçmək istəyən qadını avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Ağcabədi rayonunda yolu keçən zaman yük maşınının vuraraq öldürdüyü qadının şəxsiyyəti məlum olub. 

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, Laçın rayonundan olan məcburi köçkün Səltənət Əsədova yolu keçmək istəyərkən “KamAZ” markalı yük avtomobili onu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


*** 18:23

Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nə\qliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzi xəbər verir ki, hadisə rayonun Taxtakörpü qəsəbəsində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan qadını yolu keçmək istəyərkən yük avtomobili vurub. 

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağcabədi rayon şöbəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi