Ağcabədidə oğurluqla məşğul olan üç dost saxlanılıb

Ağcabədidə oğurluqla məşğul olan üç dost saxlanılıb Ağcabədi. 7 mart. REPORT.AZ/ Ağcabədi rayonunda oğurluqla məşğul olan üç dost tutulub.
Hadisə
7 mart 2019 16:11
Ağcabədidə oğurluqla məşğul olan üç dost saxlanılıb

Ağcabədi. 7 mart. REPORT.AZ/ Ağcabədi rayonunda oğurluqla məşğul olan üç dost tutulub.

Bu barədə "Report"un Qarabağ Mərkəzinə Ağcabədi rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi Rüfət Məmmədov bildirib. 

Onun sözlərinə görə, Ağcabədi rayon Qaravəlli kənd sakini rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus sahibkarlıq obyektlərindən elektrik mühərriklərinin oğurlanması barədə məlumat verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakinləri - Qalib Quliyev, Hacı ƏzizovSurxay Məmmədov saxlanılıb. Araşdırmalarla onların ayrı-ayrı vaxtlarda obyektdən 22 ədəd elektrik mühərriki oğurlamaqla vətəndaşlara 8000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi