Ağcabədidə musiqi məktəbinin binasında yanğın olub - VİDEO

Ağcabədidə musiqi məktəbinin binasında yanğın olub - VİDEO Ağcabədi. 6 dekabr. REPORT.AZ/ Ağcabədi rayonunun Boyat kəndində yerləşən uşaq musiqi məktəbinin binasında yanğın baş verib.
Hadisə
6 Dekabr , 2018 16:06
Ağcabədidə musiqi məktəbinin binasında yanğın olub - VİDEO
0 : 00
0 : 00

Ağcabədi. 6 dekabr. REPORT.AZ/ Ağcabədi rayonunun Boyat kəndində yerləşən uşaq musiqi məktəbinin binasında yanğın baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, 120 şagird yerlik məktəb binasının dam örtüyündə başlayan yanğın geniş əraziyə yayılıb. Yanğına ilk müdaxiləni kənd sakinləri ediblər.

Hadisə yerinə Ağcabədi Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları da gəlib.

Yanğın söndürülüb. Yanğına məktəb binasının damında elektrik xəttində qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Yerli sakinlərin sözlərinə görə, yanğın nəticəsində təhsil ocağına ciddi ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi