Ağcabədidə mal-qara oğurluğu ilə məşğul olan dəstə tutulub

Hadisə
  • 25 iyul, 2019
  • 10:02
Ağcabədidə mal-qara oğurluğu ilə məşğul olan dəstə tutulub

Ağcabədi rayonunda mal-qara oğurluğu ilə məşğul olan dəstə tutulub.

"Report"un Qarabağ Mərkəzi xəbər verir ki, rayonun Kəbirli kənd sakinləri, Elməddin Quliyevin 18 və Zakir Musayevin isə 5 baş xırdabuynuzlu mal-qarası oğurlanıb. 

E.Quliyev "102" Xidməti-Zəng Mərkəzinə, Z.Musayev isə Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər. 

İlkin məlumata görə, E.Quliyevə 5400, Z.Musayevə isə 1000 dəyərində ziyan dəyib. 

Faktla bağlı Ağcabədi RPŞ-d' əməliyyat-axtarış qrupu yaradılıb və polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurluq törətməkdə şübhəli bilinən 4 nəfər Bakı şəhər sakini, Emin Abbasov, Ağcabədi rayon sakinləri - Elnur Musayev, Məhəmməd Mirzəyev və oğurluq edərkən sürücülük edən Afdandil Tağıyev saxlanılıb.  

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

44 filmi