Ağcabədidə kişi arvadına xəsarətlər yetirib

Hadisə
  • 04 iyul, 2023
  • 05:07
Ağcabədidə kişi arvadına xəsarətlər yetirib

Ağcabədi rayonunda kişi arvadına xəsarətlər yetirib.

"Report" xəbər verir ki, hadisə Hacılar kəndində qeydə alınıb.

Məmmədov Nicat Mirəli oğlu şəxsi münasibətlər zəminində arvadı, 1988-ci il təvəllüdlü Məmmədova Simarə Mahir qızına xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.