Yuxarı

Ağcabədidə baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Ağcabədidə baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Ağcabədi rayonunda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, rayonun Hindarx qəsəbəsi ərazisində "VAZ-2106" və "Lada Priora" markalı avtomobil toqquşub. 

Nəticədə "VAZ-2106" markalı avtomobilin sərnişini, Ağcabədinin Hacibədəli kənd sakini Sultan Zeynalov hadisə yerində ölüb.

Qəza zamanı hər iki avtomobilin sürücüləri və iki sərnişin xəsarət alıb. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi