Ağcabədidə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Hadisə
- 06 yanvar, 2023
- 05:01
Ağcabədi rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə yanvarın 4-ü saat 12 radələrində rayonun Boyat kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini, 1966-cı il təvəllüdlü Cəfərov Yasir Rəhim oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən piyada, 1958-ci il təvəllüdlü Əsgərov Bakir İslam oğlunu vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən yanvarın 5-də Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Son xəbərlər
05:34
Bəqai: ABŞ-nin üçüncü ölkələri İranla ticarət əlaqələrini dayandırmağa məcbur etməsi hüquqaziddir
Region05:06
Foto
Azərbaycanla Kosta Rika parlamentləri arasında əlaqələr müzakirə olunub
Xarici siyasət04:46
Malayziya futbol klubu məğlubiyyətsizlik seriyası üzrə dünya rekordu müəyyənləşdirib
Futbol04:08
NATO-nun şərq cinahı ölkələri alyans xərclərinin azaldılmasında ABŞ-yə kömək etmək niyyətindədir
Digər ölkələr03:55
Tramp Hörmüz boğazını Amerika ərazisi adlandırıb
Digər ölkələr03:24
ABŞ ilə Meksika yeni ticarət razılaşması üzərində işləməyə başlayıb
Digər ölkələr02:36
Rusiyanın Krivoy Roqa hücumunda ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB-4
Digər ölkələr02:30
Rusiya Kiyevə zərbələr endirməyə başlayıb
Digər ölkələr02:19