Ağcabədidə 38 yaşlı qadın intihar edib - YENİLƏNİB
- 28 iyun, 2019
- 09:37
Ağcabədi rayonunda özünü yaşadığı evdə kəndirlə asaraq intihar edən qadının şəxsiyyəti məlum olub.
"Report" xəbər verir ki, rayon sakini 1981-ci il təvəllüdlü Şəfəq Əliyeva rayon mərkəzində yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
*** 11:59
Ağcabədi rayonunda gənc qadın intihar edib.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hələlik adı məlum olmayan orta yaşlı qadın özünü yaşadığı evdə asaraq öldürüb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə yerləşdirilib.