Abşeronda yolun ortasında dönmə əməliyyatı edən sürücü qəzaya səbəb olub - FOTO

Abşeronda yolun ortasında dönmə əməliyyatı edən sürücü qəzaya səbəb olub - FOTO Bakı. 11 noyabr. REPORT.AZ/ Abşeron rayonun Saray qəsəbəsi ərazisində 3 avtonəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib.
Hadisə
11 Noyabr , 2018 13:39
Abşeronda yolun ortasında dönmə əməliyyatı edən sürücü qəzaya səbəb olub - FOTO

Bakı. 11 noyabr. REPORT.AZ/ Abşeron rayonun Saray qəsəbəsi ərazisində 3 avtonəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza baş verən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Şahidlərin məlumatına görə, "50-BL-314" dövlət qeydiyyat nişanlı "VAZ-2101" markalı avtomobil yolun ortasında geriyə dönmə əməliyyatı apararkən əks tərəfdən gələn "44-BR-917" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı atomobillə toqquşub. Toqquşmanın təsirindən "VAZ-2101" həmin yolla hərəkət edən "Honda" markalı avtomobilə çırpılıb.

"VAZ-2101"in salonunda olan sərnişinlərdən biri xəsarət alıb və təcili xəstəxanaya çatdırılıb.

Bundan əvvəl Bakı-Qazax yolunda 2 avtomobil toqquşub.

Son xəbərlər

Orphus sistemi