Abşeronda yolu keçən kişini avtomobil vurub

Hadisə
  • 31 may, 2022
  • 03:19
Abşeronda yolu keçən kişini avtomobil vurub

Abşeron rayonunda 33 yaşlı kişini avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə Mehdiabad- Novxanı yolunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Mehbalıyev Pərvin Yusif oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.