Abşeronda yol qəzası olub, xəsarət alan var

Abşeronda yol qəzası olub, xəsarət alan var Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 Sentyabr , 2021 08:24
Abşeronda yol qəzası olub, xəsarət alan var

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Digah qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Əhmədov Əhəd Fərzalı oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi