Abşeronda yol qəzası olub, xəsarət alan var

Hadisə
  • 02 oktyabr, 2019
  • 20:04
Abşeronda yol qəzası olub, xəsarət alan var

Abşeronda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

”Report" xəbər verir ki, hadisə Masazır dairəsi, körpünün yaxınlığında qeydə alınıb.

Belə ki, hadisə zamanı 1970-ci il təvəllüdlü Əzimov Azər Səfi oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

44 filmi