Abşeronda yol qəzası oldu, xəsarət alan var

Hadisə
  • 26 fevral, 2020
  • 20:10
Abşeronda yol qəzası oldu, xəsarət alan var

Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"unSumqayıt- Abşeron bürosunun məlumatına görə, hadisə Məhəmmədi kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1959-cu il təvəllüdlü Vəliyeva Xırdaxanım Şamil qızı xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.