Abşeronda yol qəzası baş verib, yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB

Abşeronda yol qəzası baş verib, yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB Abşeron. 27 fevral. REPORT.AZ/ Abşeron rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
27 Fevral , 2018 19:21
Abşeronda yol qəzası baş verib, yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB

Abşeron. 27 fevral. REPORT.AZ/ Abşeron rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü - 1993-cü il təvəllüdlü İlkin Məmmədov və 1986-cı il təvəllüdlü Cavid Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.


***18:47

Abşeron. 27 fevral. REPORT.AZ/ Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobillə "VAZ 2107" markalı minik maşını toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi