Abşeronda tanışını bıçaqlayan şəxsin cəzası azaldılıb

Abşeronda tanışını bıçaqlayan şəxsin cəzası azaldılıb Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
5 Avqust , 2017 16:44
Abşeronda tanışını bıçaqlayan şəxsin cəzası azaldılıb

Bakı. 5 avqust. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Azad Şahmuradlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Şahmuradlının apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Belə ki, onun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

İttiham aktına əsasən, cinayət hadisəsi 2016-cı ilin fevral ayının 2-də Abşeron rayonu, Digah qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən məscidin yaxınlığında baş verib. Həmin ərazidə A.Şahmuradlı tanışı Nazim Salmanovla birgə spirtli içki qəbul edib. Daha sonra onlar bir-birinə nalayiq sözlər işlədib. Hər iki şəxsin arasında mübahisə yaranıb. Nəticədə A.Şahmuradlı üzərində gəzdirdiyi qatlanan tipli cib bıçağı ilə N.Salmanovu vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

A.Şahmuradlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərə vurma) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Şahmuradlı 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi