Abşeronda sürücü qonşuluqda yaşayan yeniyetməni maşınla vurub

Abşeronda sürücü qonşuluqda yaşayan yeniyetməni maşınla vurub Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verilib
Hadisə
4 Avqust , 2018 04:59
Abşeronda sürücü qonşuluqda yaşayan yeniyetməni maşınla vurub

Bakı. 4 avqust. REPORT.AZ/ Abşeronun Qobu qəsəbəsində 13 yaşlı uşağı qonşuluqda yaşayan şəxs avtomobil ilə vurub.

"Report" xəbər verir ki, hadisə Çingiz Mustafayev küçəsində baş verib.

2005-ci il təvəllüdlü Rəhimov Şahin Murad oğlu yaşadığı evin yaxınlığında yolu keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi