Abşeronda qardaş bacısını başından güllələyərək qətlə yetirib

Abşeronda qardaş bacısını başından güllələyərək qətlə yetirib Qadın göz və alın nahiyələrindən güllə yarası alıb
Hadisə
18 Oktyabr , 2017 07:25
Abşeronda qardaş bacısını başından güllələyərək qətlə yetirib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1982-ci il təvəllüdlü Süleymanova Əntiqə Abdulla qızı qısqanclıq zəminində qardaşı tərəfindən tüfənglə güllələnərək qətlə yetirilib.

Qadın göz və alın nahiyələrindən güllə yarası alıb.

Hadisəni törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi